Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib
2024-cü ildə DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib. 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,4 faiz təşkil edir.