Qara qızılgülün vətəni -Halfeti

Halfeti tarixin sirlərini yaşadan Türkiyənin turizm şəhəridir
Şərqin hələ kəşf etmədiyimiz çoxsaylı şəhərləri arasında qatdaş Türkiyənin Halfeti şəhəri özünəməxsus gözəlliyi və tarixi ilə diqqət şəkir.
Lider-media.az xəbər verir ki, rəvayətə görə, Halfeti dünyada qara qızılgüllərin bitdiyi yeganə yerdir. Bu qızılgüllər yerli sakinlər arasında “Ağlayan ərəb qızı” kimi tanınır.

Halfeti şəhəri hazırda iki hissədən ibarətdir- köhnə və yeni şəhər. Köhnə şəhər 2000-ci ildə Fərat çayı üzərindəki Birecik bəndinin tamamlanması ilə sular altında qalıb. Əhali buradan təqribən 15 km aralıda yerləşən “Yeni Halfeti” adlanan yeni şəhərcik tikməyə məcbur qalıblar.

Halfetinin tarixi Assuriya kralının dövrünə gedib çıxır
Halfetinin tarixi e.ə 855-ci ilə, Assuriya kralı II Şalmaneserin qəsəbənin əsasını ilk dəfə qoyduğu vaxta gedib çıxır. Roma dövründə “Akamai” adı ilə bir yaşayış məntəqəsi inkişaf etmiş və sonralar bu yaşayış məntəqəsi “Romaion Koula” (Roma qalası) terminindən “Koyla” adını alıb.
Roma dövründən sonra bu bölgədə çoxlu sivilizasiyalar, o cümlədən eramızın VI və VIII əsrləri arasında bölgəni idarə edən sasanilər, ərəblər, əməvilər və abbasilər hökmranlıq ediblər. XI əsrdə Səlcuq hakimiyyəti şəhəri ələ keçirib, XVI əsrdə isə Osmanlı imperiyasının tərkibinə daxil edilib.

İncili yazanm 12 həvaridən biri Yəhyanın məzarı da burdadır
2000-ci illərdə Birecik bəndinin tikintisi ilə sular altında qalan və hazırda köhnə və yeniyə bölünən Halfeti turizmin sevimli yerlərindən biridir. Fərat çayı sahillərində qurulan restoranlar, kafelər, sosial obyektlər və qayıqlar… Yerli əhali dolanışığının çox hissəsini turizmdən qazanmağa başlayıb. Bölgədə qayıq turları çox populyardır. Savaşan körfəzindəki yarı batmış minarə ən təsirli mənzərəsi olan nöqtələrdən biridir.
Gəmi gəzintisi zamanı gələnləri başqa bir gözəllik, Rumkale qarşılayır. İncilin 12 həvari tərəfindən yazıldığını və buna görə də birdən çox İncil olduğunu düşünənlər, həvarilərdən biri olan Yəhyanın məzarının Rumkaledə olduğuna və burada öz İncilini yazdığına inanırlar. Sıldırım qayaların üzərində tikilmiş Rumkale hələ də tikintisi və niyə orada olması ilə bağlı sirrini qoruyur.
Bu torpaqların əslində mühüm və unikal xüsusiyyəti var. Halfeti dünyada Karagülün böyüdüyü yeganə yerdir. Bölgənin torpaq quruluşu və yerdən gələn suyun PH dəyəri sayəsində bənzərsiz olan “Mesopotamiya sümbülü” olaraq da tanınan “Ağlayan ərəb qızı” Karagül yalnız yaz və payız aylarında çox az sayda çiçək açır.
Şanlıurfanın bu qədim şəhərini gedib görməyə dəyər.
Səadət Hakıyeva.