Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Biodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfərin həlak olması barədə xəbər məni çox kədərləndirdi və sarsıtdı.Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə və Azərbaycan xalqına, o cümlədən həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm.Zati-aliləri, həmvətənlərinizin bu ağır faciə ilə əlaqədar dərdinə şərik olur və yaralananların tezliklə sağalmaları üçün dua edirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Culius Maada Bio
Syerra-Leone Respublikasının Prezidenti
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||