lider-media.az

Prezident İlham Əliyev tərəfindən Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Səbuhi Canıyevə medal təqdim olunub

Baxış: 185 Tarix: 13-01-2025, 14:37

Yanvarın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətində(ŞİH) növbəti aparat müşavirəsi keçirilib. Müşavirədə rayonda aparılan abadlıq, səliqə-sahman və quruculuq və qarşıda görüləcək işlər barədə məsələlərə toxunulub.

 

Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyətinə görə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Canıyev Səbuhi Fəxrəddin oğluna ŞİH başçısı Taleh Qaraşov tərəfindən medal təqdim edilib. Taleh Qaraşov bildirib ki, dövlət qulluqçusunun medala layiq görülməsi cənab Prezidentin onların fəaliyyətinə verdiyi yüksək dəyərdir. İcra başçısı S.Canıyevə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Lənkəran ŞİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi S.Canıyev dövlət başçısının onun fəaliyyətinə verdiyi yüksək dəyərə görə minnətdarlığını ifadə edib.Lənkəran ŞİH-nin kollektivi də həmkarımızı təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi