lider-media.az

Müdafiə Sənayesi Nazirliyi: Erməni “Telegram” kanallarında yayılan məlumatlar tamamilə dezinformasiya xarakterlidir

Baxış: 447 Tarix: 25-03-2024, 14:13

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Lider-Media.az xəbərinə görə, bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirib ki, bu kimi məlumatlar tamamilə feyk və dezinformasiya xarakteri daşıyır.

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə MSN-in açıqlamasında bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi