Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) dəstəyi, “Yonca” Estetik İnkişaf Mərkəzinin və “Zəfər sədası” xor qrupunun təşkilatçılığı ilə Şəhriyar adına Mədəniyyət Mərkəzində “Möcüzələr diyarına...” adlı tamaşanın premyerası keçirilib.Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Ümummilli Lider Heydər Əliyevin uşaqlarla bağlı səsləndirdiyi fikirlər əsasında hazırlanmış videoçarx nümayiş olunub.“Yonca” Estetik İnkişaf Mərkəzinin təsisçisi Lalə Zahir tamaşanın mahiyyətindən bəhs edib. Vurğulayıb ki, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əziz tutmaq, şəhidlərimizin övladlarının vaxtlarının səmərəli keçirilməsi, istedadlarının üzə çıxarılması və milli ruhda yetişdirilməsi naminə çalışmaq hər birimizin borcudur.
Mərasimdə Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərək Vətənimiz, torpaqlarımız uğrunda canından keçən igidlərimizin qəhrəmanlığından söz açıb. Qeyd edib ki, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizin uşaqları unudulmur: “Şəhid və qazi ailələri, onların övladları dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Şəhid yadigarları Vətənə əmanətdir.”
Çıxışının sonunda Vüqar İskəndərov tədbirin təşkilatçılarına, tamaşanın hazırlanmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.Sonra "Möcüzələr diyarına..." adlı tamaşa nümayiş olunub. “Zəfər sədası” xor qrupundan ibarət şəhid övladları ilk dəfə olaraq səhnədə aktyor kimi çıxış ediblər.
5-14 yaşlı uşaqlar səhnələşdirdikləri rollar vasitəsilə müxtəlif nağıl qəhrəmanlarını canlandırıblar. Tamaşa iki uşağın - Cəsur və Ziynətin nənələri ilə söhbətlə başlayır. Tamaşanın baş qəhrəmanları bir neçə zamana səyahət edərək maraqlı personajlarla tanış olurlar. Müxtəlif nağıl qəhrəmanlarının olduğu möcüzələr diyarına düşən uşaqlar canlandırdıqları obrazlarla birgə maraqlı oyunların iştirakçısı olurlar. Tamaşadan sonra “Zəfər Sədası” xor qrupu tərəfindən şanlı Ordumuzun Zəfər tarixindən və milli mənəvi dəyərlərimizdən bəhs edən şeirlər, musiqilər səsləndirilib.
Sonda tədbirdə iştirak edən 500-dən çox uşağa ATİAHİ RK tərəfindən hədiyyələr təqdim olunub.











ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
AHİK-in üzv təşkilatı ATİAHİ RK ilə AQSİA arasında gələcək əməkdaşlıq müzakirə olunub
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb