lider-media.az

AHİK-in üzv təşkilatı ATİAHİ RK ilə AQSİA arasında gələcək əməkdaşlıq müzakirə olunub

Tarix: 13-10-2024, 18:40

Oktyabrın 12-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ Respublika Komitəsi) ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) arasında görüş keçirilib.
Görüşdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev və Respublika Komitəsinin rəhbərliyi, AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, təhsil sektoru üzrə fəaliyyət göstərən 40-dan artıq sahibkarlar, konsaltinq şirkətlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək təşkilatın gördüyü işlər, keçdiyi tarixi inkişaf yolu ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, öz sıralarında 400 mindən artıq üzvü birləşdirən ATİAHİ təhsil işçilərinin və ittifaq üzvü olan tələbələrin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiəsi ilə məşğul olan ən böyük ictimai təsisatdır. Təşkilat ittifaq üzvlərinin iş şəraitinin yaxşılaşdırılması, sosial problemlərin həlli, əmək hüquqlarının qorunması, asudə vaxtlarının səmərəli təşkili və digər istiqamətlər üzrə fəaliyyət göstərir. ATİAHİ üzvlərinin 68 faizinin qadınlar olduğunu qeyd edən A.Paşayev bildirib ki, təşkilat AQSİA-ya üzv olan sahibkar qadınların rəhbərlik etdiyi müəssisələrdə də həmkarlar ittifaqı təşkilatlarının yaradılmasında maraqlıdır.
Sonra çıxış edən AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva rəhbərlik etdiyi qurumun  fəaliyyəti barədə məlumat verib. O, özəl sektorda çalışan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların üzləşdiyi çətinliklər, onların həlli yolları, qadın sahibkarlığının inkişafı istiqamətində meydana çıxan problemlərə toxunaraq bu sahədə həmkarlar ittifaqı təşkilatlarının təsis edilməsinin vacibliyini vurğulayıb.
Sonra görüşdə ATİAHİ Respublika Komitəsi və AQSİA-nın fəaliyyəti ilə bağlı təqdimat edilib.
Tədbir gələcək əməkdaşlıqla bağlı müzakirələrlə davam etdirilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Həmçinin iştirakçılar arasında razılıq əldə olunub ki, növbəti həftələrdə təhsilin ayrı-ayrı mərhələləri üzrə fəaliyyət göstərən sahibkar qadınlarla görüşlər keçirilsin, bu müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması perspektivləri müzakirə edilsin.
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi