lider-media.az

Türkdilli Dövlətlərin Xizək Kuboku keçiriləcək

Baxış: 387 Tarix: 12-01-2025, 17:26

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, bu qərar Şahdağda keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Mirvohid Əzimov və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov arasında baş tutan görüşdə qəbul edilib.Yarışın əsas məqsədi Türkdilli dövlətlər arasında idman əlaqələrinin inkişafını təşviq etmək, birgə əməkdaşlığı və dostluq əlaqələrini genişləndirmək, həmçinin qış idman növlərinə olan marağı artırmaqdır.Görüş çərçivəsində, həmçinin 2025-ci ildə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının inkişafına və genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, həyata keçirilməsi nəzərdə tutulan layihələr və tədbirlər müzakirə olunub.Qeyd edək ki, Türkdilli Dövlətlərin Xizək Kuboku fevralın 17-20-də təşkil olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi