lider-media.az

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub 

Baxış: 180 Tarix: 11-01-2025, 19:21

"Şahdağ" Turizm Mərkəzində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci günü başa çatıb/ Idmançılar yarışın vertikal növü üzrə mübarizə aparıblar. Yer tutmuş idmançıları təqdim edirik:

Qadınlar arasında:

I yer: Aksel Qaçet-Mollaret - Fransa

II yer: Yohanna Hiymer - Avstriya

III yer: Emili Harrop - Fransa

Kişilər arasında:

I yer: Remi Bonnet - İsveçrə

II yer: Kristof Hochenvarter - Avstriya

III yer: Maksimliyen Drion - Belçika

Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab olunur. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Turnirdə Fərdi Neytral İdmançılar (AİN) olmaqla 26 ölkədən 130-a yaxın atlet iştirak edir. İdmançılar yanvarın 13-də individual növ üzrə mübarizə aparacaqlar.

Şahdağda Xizək Alpinizmi üzrə Dünya Kubokunun ikinci gününə yekun vurulub VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi