lider-media.az

Pensiyalar gələn ay yenidən artırılacaq

Tarix: Bu gün, 19:27

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək.Azərbaycanda bundan əlavə gələn ay pensiyaların yenidən artırılması nəzərdə tutulub.

Bu dəfə artım pensiyaların indeksləşdirilməsi ilə baş tutacaq. İndeksləşdirmə pensiyaların məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. Bu vasitə ilə ölkədə istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilər tam və ya qismən kompensasiya edilir. Yəni, qiymətlər artdığı üçün pensiyaların da buna uyğun artması həyata keçirilir.

İndeksləşdirmə Azərbaycanda orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq aparılır. Orta aylıq nominal əməkhaqqı isə Dövlət Statistika Komitəsi tərəfindən açıqlanır.

İndeksləşdirmə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il dövlət başçısı pensiyaların indeksləşməsi barədə sərəncamı fevral ayının 5-də imzalayıb.2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 8 faiz artıb. Dəqiq göstəricilər isə gələn ayın əvvəllərində elan ediləcək.

Beləliklə, pensiyalar həm prezidentin dekabr ayında imzaladığı sərəncam əsasında, həm də gələn ay indeksləşdirmə nəticəsində artacaq.Pensiya artımları yanvarın 1-dən hesablanacaq, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yanvar ayının artımları da fevralda ödəniləcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi