lider-media.az

7 dairədə seçki keçirilməyəcək

Baxış: 86 Tarix: 11-01-2025, 12:44

7 dairədə seçki keçirilməyəcək - Pənahov səbəbini AÇIQLADI

Yanvarın 29-da Azərbaycanda mövcud olan 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək.

Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.Onun sözlərinə görə, bu bələdiyyələr 118 seçki dairəsinin ərazisinə düşür.“Bunlardan 7 dairə tam olaraq məcburi köçkünlərdən ibarətdir. Onlar da daimi yaşayış məntəqələrinə qayıtmadıqları üçün orada bələdiyyə seçkiləri keçirilmir. Seçicilər səsvermə günü geniş seçim imkanına malik olacaqlar”, - deyə MSK sədri əlavə edib.

M.Pənahov, həmçinin vurğulayıb ki, ümumi bülletenlərin sayı seçicilərin sayının 3 faizindən çox olmamaq şərti ilə çap olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi