lider-media.az

XİN ABŞ-yə başsağlığı verdi

Baxış: 213 Tarix: 11-01-2025, 12:21

xin-abs-ye-bassagligi-verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Kaliforniyada meşə yanğınlarında həlak olanlarla bağlı ABŞ hökümətinə və xalqına başsağlığı verib.Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir. ABŞ hökumətinə, xalqına və qurbanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları yanvarın 7-dən davam edir. Hadisə nəticəsində 10 nəfər həlak olub. 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi