lider-media.az

Bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq

Baxış: 12 Tarix: 10-01-2025, 19:02


Bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin bu il daha 5 sosial xidmət mərkəzi fəaliyyətə başlayacaq.

Onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçay və Ağdam rayonlarında açılacaq.

Sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olan uşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrə sosial-reabilitasiya xidmətləri göstəriləcək.

Bununla da Agentliyin sosial xidmət mərkəzlərinin sayı 10-a çatdırılacaq.Hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmət mərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyət göstərir.

Həmin mərkəzlərdə əlilliyi olan uşaqlara və digər həssas kateqoriyadan olan şəxslərə sosial-psixoloji yardım xidməti göstərilir, onların cəmiyyətə uğurlu inteqrasiyası üçün sosial tədbirlər həyata keçirilir.

 


   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi