lider-media.az

Hakan Fidan: Kipr məsələsinin konstruktiv şəkildə həlli yolunda səylərimizi davam etdirəcəyik

Baxış: 241 Tarix: 9-01-2025, 23:46

Türkiyə Şimali Kiprin həmişə yanında olub və məruz qaldığı təcriddən ən az təsirlərlə çıxması üçün bütün dəstəyi göstərib. Türkiyə bundan sonra bütün sahələrdə əməkdaşlığı artırmağa davam edəcək. 
Lider-media.az xəbər verir ki, bu fikirləri Şimali Kiprdə işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Ersin Tatar ilə birgə yanvarın 9-da keçirilən mətbuat konfransında səsləndirib. 
“Dünya ölkələri Şimali Kiprun müstəqilliyini tanımalıdırlar. Dünən bizi bu gələcək gözləyirdi, amma bu düsturu həyata keçirmədiyimiz üçün uduzduq. Gələcəyimizi itirməyək”, - deyə Hakan Fidan vurğulayıb.  
Türkiyənin XİN rəhbəri Kipr məsələsini beynəlxalq diplomatiya və dinc üsullarla daha konstruktiv şəkildə həlli yolunda irəliləməyə davam edəcəklərini də diqqətə çatdırıb. 
Onun sözlərinə görə, iki dövlətli həlldən başqa adada Türkiyənin varlığının qeydə alınmasından başqa variant yoxdur. 

Səadət Hakıyeva.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi