lider-media.az

Bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətirilməsi planlaşdırılır

Baxış: 239 Tarix: 10-01-2025, 11:16

“Bakı Metropoliteni” QSC tərəfindən Bakıya 150 ədəd yeni nəsil vaqon gətirilərək, istifadəyə verilib. Nəticədə metroda vaqonların yarısı yeni nəsil vaqonlardır.Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.Nazir müavini qeyd edib ki, bu il Bakı metrosuna 20 ədəd yeni nəsil vaqon gətirilməsi planlaşdırılır.Onun sözlərinə görə, ötən illərdə Bakıda 7 metrostansiya, 1 ədəd depo inşa edilərək istifadəyə verilib: “Dəmir yolu sahəsində də işlər görülüb. İnşa edilən dəmir yollarının uzunluğu və modernizasiya olunan xətlər 1500 kilometri ötüb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi