lider-media.az

“Əlil Qadınlar Cəmiyyəti” BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında təmsil olunur

Tarix: 24-03-2024, 19:10

ABŞ-ın Nyu-York şəhərində BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyası çərçivəsində növbəti tədbir keçirilib. BMT-nin Qəyyumluq Şurasında Baş katib Antonio Quterreşin iştirakı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü olub.

Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova məlumat verib. O bildirib ki, görüşdə BMT Baş katibi hökumətlər tərəfindən qəbul olunan qərarlarda qeyri-hökumət təşkilatı nümayəndələrinin iştirakının əhəmiyyətini xüsusi vurğulayıb. O, çıxışının sonunda gender bərabərliyinin qorunmasında qadınları, vətəndaş cəmiyyəti nümayəndələrini aktiv olmağa çağırıb.

Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri də BMT-nin Qadınların Statusu Komissiyasının 68-ci sessiyasında iştirak edir. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Nədimə Rəhimli 68-ci sessiyada vətəndaş cəmiyyəti nümayəndələri kimi təmsil olunurlar. Onu da deyək ki, bu, komissiyanın BMT-nin gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi üzrə keçirilən ən böyük yığıncağıdır.

Sessiyanın builki əsas mövzuları yoxsulluğun aradan qaldırılması məqsədilə gender bərabərliyinə nail olunması və qadın-qızların səlahiyyətlərinin artırılmasının sürətləndirilməsi, eyni zamanda, gender perspektivi baxımından institutların və maliyyələşdirmənin gücləndirilməsidir.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi