XİN-dən Gürcüstana başsağlığı
“Gürcüstanda Abzaxiyanın Qali bölgəsində 5 uşağın həlak olduğu faciəli yanğın hadisəsi bizi dərindən kədərləndirdi. Hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.Xatırladaq ki, yanğın yanvarın 5-də Saberio kəndində baş verib. Gürcüstan hökuməti hadisə ilə əlaqədar yanvarın 9-nu ölkədə matəm günü elan edib.