lider-media.az

İlham Əliyevin yerli telekanallara müsahibəsi Qırğızıstan mediasında

Baxış: 90 Tarix: 9-01-2025, 11:01

image

Qırğızıstanın tanınmış informasiya vasitəsi olan "turktoday.info" portalı Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibənin tam mətnini dərc edib."turktoday.info" informasiya agentliyinin materialında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə görüşlərin əhəmiyyətindən bəhs olunub. Materialda Azərbaycan Prezidentinin çıxışından sitata yer verilib: "Bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün delimitasiya üzrə Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır".

Daha sonra agentliyin dərc etdiyi yazıda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqların növbəti raundunun yanvarda baş tuta biləcəyi qeyd edilib.

Məqalədə həm də sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin Azərbaycan və Ermənistan arasında gələcək sülh müqaviləsinin tərkib hissəsi olduğu vurğulanıb. Rəsmi Bakı və İrəvanın 2022-ci ildən etibarən gələcək sülh müqaviləsinin bir hissəsi kimi öz sərhədlərinin delimitasiyası və demarkasiyası məsələsini müzakirə etməyə başladığı xatırladılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi