lider-media.az

Təyyarə qəzasında xəsarət alan iki nəfər xəstəxanadan evə buraxıldı

Baxış: 209 Tarix: 8-01-2025, 20:46

AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan iki Qırğızıstan vətəndaşı Milli Xəstəxanadan evə buraxılıb.

Qırğızıstan mediasına istinadən xəbər verir ki, daha bir zərərçəkənin neyrotravma şöbəsində müalicəsi davam etdirilir. Onun vəziyyəti sabitdir, o, yeriyə bilir.Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Zərərçəkənlər arasında 3 Qırğızıstan vətəndaşı da olub. Onlar dekabrın 30-da müalicələrini davam etdirmək üçün Qırğızıstana göndəriliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi