lider-media.az

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb

Baxış: 199 Tarix: 8-01-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyə mediasında geniş işıqlandırılıb.Xəbər agentlikləri, qəzetlər, informasiya portalları və televiziya kanalları Azərbaycan rəhbərinin Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyə sərhədləri yaxınlığında terror təhlükəsinin yolverilməzliyi barədə sözlərinə xüsusi diqqət yetirib.

Prezident İlham Əliyevin Yaxın Şərqdə, xüsusilə Fələstin və Suriyadakı vəziyyətlə bağlı mövqeyi geniş auditoriyaya çatdırılıb.Türkiyə ictimaiyyətinə dövlətimizin başçısının İranda Azərbaycan və Türkiyə prezidentlərinin ünvanına səsləndirilən qalmaqallı bəyanatlara münasibəti də çatdırılıb.Əsas diqqət Prezident İlham Əliyevin Cənubi Qafqazda silahlanma yarışının yolverilməzliyi ilə bağlı bəyanatlarına, siyasətçinin Ermənistanla sülhün perspektivləri ilə bağlı mövqeyinə və anti-Azərbaycan isterikasını qızışdıran Fransanı tənqid etməsinə cəlb olunub.

Bəzi media orqanları Azərbaycan Prezidentinin regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı sözlərini öz materiallarının sərlövhəsinə çıxarıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi