lider-media.az

Dövlətçiliyə sadiq insan

Baxış: 27 Tarix: 7-01-2025, 11:25

Əhməd Əhmədzadə

1945-ci ildə Qax rayonunun Qaxmuğal kəndində anadan olmuşdur. 1961-ci ildə 1 saylı orta məktəbi və 1966-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1976–1978-ci illərdə keçmiş Sov. İKP yanında İctimai Elmlər Akademiyasında ali partiya-siyasi təhsili almışdır.Əmək fəaliyyətinə 1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi başlamış, 1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis, 1967–1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi vəzifələrində işləmişdir.

Əhməd Əhmədzadə 1975–1976-cı illərdə Qax Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978–1980-ci illərdə Abşeron Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1980–1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Füzuli Rayon Komitəsinin birinci katibi, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Şamxor Rayon Komitəsinin birinci katibi, 1991-ci ildə Azərbaycan Kommunist Partiyası Şəki Şəhər Komitəsinin birinci katibi, Şəki Rayon Xalq Deputatları Sovetinin sədri, 1991–1992-ci illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. 1981–1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.

1993–2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004–2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru, 2006–2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır. Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur.

2021-ci ilin aprel ayında Baş nazir Əli Əsədovun müşaviri təyin olunub. 2024-cü ilin oktyabr ayında baş nazirin köməkçisi vəzifəsinə keçirilib.Azərbaycan Respublikasının orden və medalları, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

Respublikanın meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeni, "Əməkdar mühəndis" fəxri adına, 2019-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə "Cümhuriyyət medalı"na və 2020-ci ildə meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb.

2025-ci il yanvarın 7-də Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi