lider-media.az

Ukrayna mətbuatı Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı söylədiyi fikirlərə geniş yer ayırıb

Tarix: 6-01-2025, 20:25

Ukraynanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söylədiyi fikirlərə geniş yer alıb. “Ukrinform”, “RBK-Ukrayna”, “UNİAN”, “İnterfaks-Ukrayna”, “Korrespondent”, “Yevropeyskaya Pravda” və digər onlarla informasiya agentliyi, xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı rəsmi Bakının mövqeyinə dair fikirləri işıqlandırılıb.

Xəbərlərdə dövlətimizin başçısına istinadən qeyd olunur ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya tərəfinin üzərindədir. Azərbaycan ədalət tələb edir, günahkarların cəzalandırılmasını tələb edir, tam şəffaflıq və insani davranış tələb edir.Məqalələrdə Prezident İlham Əliyevin hazırda “qara qutu”ların şifrəsinin açılması prosesinin getdiyini söylədiyi vurğulanıb.Yaxın vaxtlarda ilkin nəticələrin aydın olacağı və hər şey öz yerini tutacağı qeyd edilib.

Yazılarda dövlət başçımızın fikirlərinə istinadla daha sonra bildirilir: “Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi