lider-media.az

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugedən

Baxış: 183 Tarix: 6-01-2025, 16:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni dərindən kədərləndirdi. Zati-alinizə, həlak olan həmvətənlərinizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verirəm.Mənim qəlbim Azərbaycan xalqının yanındadır. Qəzada yaralananların tezliklə şəfa tapmalarını diləyirəm.Mən Sizinlə və Azərbaycan vətəndaşları ilə birgə bu kədəri bölüşürəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 Hans Henri Kluge

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi