lider-media.az

Kürdəxanı qəsəbəsində yeni yol qovşağı inşa edilir VİDEO/FOTO

Baxış: 160 Tarix: 6-01-2025, 15:21

Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsi çərçivəsində Kürdəxanı yol qovşağının inşası istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər davam etdirilir.

Yeni yol qovşağı layihənin 1.8-ci km-lik hissəsində inşa edilir. Qovşaq 1 yol ötürücüsündən və 4 qoldan ibarətdir. Hazırda ərazidə yeni yol yatağının inşası, drenaj quyularının  drenaj borularının quraşdırılması, həmçinin istinad divarlarının tikintisi istiqamətində işlər davam etdirilir.

Yeni yol qovşağının tikintisi Bilgəh, Kürdəxanı, Pirşağı, Novxanı  Balaxanı istiqamətində gediş-gəlişi rahatlaşdırmaqla, ərazidə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin etmiş olacaq. Xatırladaq ki, sözügedən ərazidə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, avtomobillərin keçmə növbəliliyinin tənzimlənməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təmir-tikinti işləri başa çatana qədər Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən işıqforlar quraşdırılıb.Bununla əlaqədar olaraq, sürücülərə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların və işıqforların tələblərinə riayət etmələri tövsiyə olunur.

YOLUNUZ AÇIQ OLSUN...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi