lider-media.az

“Hər iki akt Gürcüstanın suveren hüquqlarını qəsb etmək təşəbbüsüdür” POLİTOLOQ

Tarix: 5-01-2025, 23:58

“ABŞ Konqresi  yeni ilin ilk iş günündə Helsinki Komissiyasının ikipartiyalı qrupu tərəfindən  Gürcüstanla bağlı iki qanun layihəsi təqdim edilib”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib. 

“Təqdim olunan “MEGOBARI Aktı” Konqresdə ikinci dəfə yenidən təqdim edilir.

Konqresə təqdim edilən ikinci sənəd isə “Gürcüstan Kabusunun Tanınmaması Aktı” adlanır. 

“MEGOBARI Aktı” kongressə keçən il may ayında  Gürcüstanda xarici agentlər haqqında qanun qəbul olunanarkən təqdim olunmuşdu. 

MEGOBARI   “Gürcüstanda Hesabatlılıq, Dayanıqlıq və Müstəqillik yaratmaq üçün Səfərbərlik və Gücləndirmə Aktı” kimi adlanır. 

Sənəd  iki hissədən ibarətdir : 

- Gürcüstana qarşı sanksiyalar ; 

- Ölkənin demokratiyanı gücləndirməkdə davam edəcəyi təqdirdə dəstək ; 

Birinci hissə , korrupsiya hallarında adı keçmiş və Gürcüstan konstitusiyası şərtlərini pozmaqla ölkə  suverenliyinə xələl gətirən  “Gürcü Arzusu” rəsmilərinə və onların ailə üzvlərinə qarşı sanksiyaların  tətbiqi  nəzərdə tutulur. 

 - “Gürcü Arzusu” hökumətini bütün siyasi motivlərlə həbs edilmiş məhbusları azad etməyə və onlara qarşı bütün ittihamları ləğv etməyi tələb edir. 

- 2024-cü il parlament seçkiləri ilə bağlı irəli sürülən bütün iddiaların hərtərəfli araşdırılmasını tələb edir .

- “Gürcü Arzusu”nun hüquq-mühafizə və təhlükəsizlik orqanlarının əməkdaşlarına yeni məhdudiyyətlər tələb edir, 

İkinci hissə , Gürcüstan və ABŞ arasında ikitərəfli münasibətlərin dərinləşməsi və Gürcüstanın Avroatlantik təşəbbüslərinə dəstək nəzərdə tutulur. 

Bu hissədə Gürcüstanın demokratiya və suverenliyinin bərpasından sonra ABŞ və Gürcüstan arasında daha dərin əlaqələr tələb edən sertifikatlaşdırma mexanizminin təmin olunmasını tələb edir. 

Sənəddə  gürcüstan güc-təhlükəsizlik orqanlarına  dəstək nəzərdə tutulan iki maraqlı məqam var : 

1. Gürcüstanda Rusiya və Çin kəşfiyyatının fəaliyyətinin tam uçotunu aparmağa ; 

2. Gürcüstanın demokratiyası və suverenliyinə xələl gətirmək üçün Rusiya-Çin əməkdaşlığının araşdırılması ; 

Aktın qüvvəyə minməsindən sonra 180 gündən gec olmayaraq ABŞ Dövlət Katibi ,  Milli Kəşfiyyat Direktoru və Müdafiə Naziri ilə razılaşdırmaqla Rusiya və Çinin Gürcüstana təsiri barədə məxfi hesabatı kongresin müvafiq komitəsi və  orqanları təqdim etməlidir. 

Təqdim olunan ikinci qanunverici akt “Gürcü kabusunun tanınmaması haqqında” qanun layihəsi təhlil mərhələsindədir və sənəddə nələrin daxil olması  haqqında daha sonra ətraflı yazacam.

Hər iki akt bu ölkənin suveren hüquqlarını qəsb etmək təşəbbüsüdür”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi