lider-media.az

YAP Mərkəzi Aparatında müşavirə keçirilib

Tarix: 5-01-2025, 17:57

image

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsi üzrə irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq onlara uğurlar arzulanıb.

Sonra YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, ötən müddət ərzində nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi qeyd edilərək yerli seçki qərargahlarının fəaliyyəti müsbət qiymətləndirilib. Yanvarın 6-dan başlayacaq seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib, YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış seçki proqramı və digər təşviqat materialları yerli seçki qərargahlarının sədrlərinə təqdim olunub.

Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri ilə əlaqədar maarifləndirmə məqsədilə istər məşvərətçi səs hüquqlu üzvlər, istərsə də seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslər üçün keçiriləcək təlimlərin önəmi vurğulanıb.

YAP Mərkəzi Aparatında müşavirə keçirilib


YAP Mərkəzi Aparatında müşavirə keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi