lider-media.az

Bakıda sərnişin avtobusu TIR-la toqquşdu - Ölən var

Baxış: 82 Tarix: 4-01-2025, 13:33

bakida-sernisin-avtobusu-tir-la-toqqusdu

Bakı şəhər Qaradağ rayonunda “BakuBus” avtobusu ağır qəza törədib.

Bu haqda  Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis baş leytenantı Elvin Hacıyev bildirib.

O qeyd edib ki, hadisə bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrliyində baş verib.

“99 JZ 185 nömrəli “BakuBus” avtobusu yolun kənarında durmuş Tacikistanın 77 FF 02 nömrəli “Volvo Tır” markalı avtomobili ilə toqquşub. İlkin məlumata görə, “BakuBus”un sərnişinlərindən biri həyatını itirib”, - deyə E.Hacıyev bildirib.

***

AYNA qəza ilə bağlı açıqlama yayıb.

“Bu gün səhər saatlarında Bakı-Ələt yolunda Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusun iştirakı ilə qəza baş verib. Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, - məlumatda qeyd olunub.

Nizam Rzayev




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi