lider-media.az

Sergey Markov: Moskvada terror aktı prezident seçkilərindən əvvəl planlaşdırılırdı

Baxış: 143 Tarix: 23-03-2024, 14:02

“Moskvada terror aktı martın 9-da “Crocus City”də, prezident seçkilərindən əvvəl planlaşdırılırdı”.

Bu barədə politoloq Sergey Markov özünün sosial şəbəkədəki səhifəsində yazıb.

“Terror aktının martın 9-da “Crocus City”də Şamanın konsertində törədilməsi planlaşdırılıb. Seçkilərdən əvvəl, Putinin etibarlı şəxsinin konsertində bu akt, seçkidən əvvəlki vəziyyəti qeyri-sabit vəziyyətə gətirməli idi. Lakin ABŞ Dövlət Departamenti terror aktının qəti şəkildə əleyhinə idi və martın 7-də konsertdə və ya ticarət mərkəzində 8 mart ərəfəsində mümkün terror aktı barədə açıq xəbərdarlıq etdi”, - deyə S. Markov yazıb.

Xatırladaq ki, ABŞ və Britaniyanın Moskvadakı səfirlikləri Rusiyada olan vətəndaşlarını 8 və 9 mart tarixlərində ekstremistlərin hücum təhlükəsinə görə kütləvi tədbirlərdə iştirak etməməyə çağırıblar. Bu tövsiyə diplomatik nümayəndəliklərin saytında dərc edilib. Həmin vaxt Rusiya spikerləri terror təhlükəsi ilə bağlı xəbərləri ciddi qəbul etməyin zəruriliyinə şübhə ilə yanaşıblar.

Markov qeyd edib ki, seçkilərdən əvvəl Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib, iki təxribatçı qrup həbs edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi