[Ötən gün Mətbuat Şurasında mükafatın təqdim olunması mərasimi keçirilib.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, ustad Şirməmməd Hüseynovun adını daşıyan mükafatın təsis edilməsi onun böyük irsinə dərin ehtiramın nümunəsidir.Azərbaycan Xalq Cümhuriyyətinin müasir dövrümüzdəki ən böyük və əvəzsiz tədqiqatçısıdir.
O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai-siyasi xadimlərinin keçdikləri örnək həyat yolunun araşdırılması və cəmiyyətə çatdırılmasının görkəmli alimin çoxillik elmi fəaliyyətinin qayəsini təşkil etdiyini vurğulayıb və ustadın adı ilə bağlı mükafatın layiqli sahibinə çatmasından məmnunluğunu ifadə edib.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı Şirməmməd Hüseynov mükafatı ilə bağlı prinsipal məqamlardan söz açaraq, 14 namizəd arasından Rafael Hüseynovun seçildiyini diqqətə çatdırıb. Əlavə edib ki, bu seçim rəhbərlik etdiyi qurumda cəmləşmiş jurnalistlərin ümumi rəyidir.
E.Eyvazlı onu da bildirib ki, Rafael Hüseynov görkəmli şəxsiyyət, eyni zamanda, Azərbaycan üçün böyük xidmətlərə malik dəyərli elm xadimidir.

Milli Məclisin müavini Rafael Hüseynov yüksək etimada görə hər kəsə təşəkkürünü bildirb.
O, ustad jurnalistin adını daşıyan mükafatın özü üçün böyük anlam daşıdığını, son dərəcə qiymətli olduğunu vurğulayıb.
R. Hüseynov Şirməmməd Hüseynovla bağlı xatirələrindən söz açıb və qarşıda duran işlərdən də danışıb:
“Bizim hələ Şirməmməd Hüseynov və Cümhuriyyətlə bağlı yazacağımız çox şeylər var. Çox məmnunam ki, belə dəyərli mükafata layiq görülmüşəm. Bu mükafat gələcəkdə bu istiqamətdə yazılar yazmağıma böyük stimul olacaq”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova atası Şirməmməd Hüseynovun xalq və dövlət tərəfindən eyni dərəcədə sevilən böyük alim və ziyalı olduğunu vurğulayaraq, onun adını daşıyan mükafatın Azərbycan Xalq Cümhuriyyəti irsini yaşadan dəyərli şəxslərə təqdiminin xüsusilə əhəmiyyətli olduğunu qeyd edib.
PJB İdarə Heyətinin üzvü, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal laureata təbriklərini çatdırmaqla, R. Hüseynovun Azərbaycan elminə misilsiz töhfələrindən söz açmaqla yanaşı, PJB-nin Şirməmməd Hüseynov mükafatını ustad qələm sahibinin, əvəzsiz müəllimin, böyük ziyalının və alimin irsinə ehtiramın, yüksək qədirbilənliyin nümunəsi kimi dəyərləndirib.
Xatırladaq ki, 2019-cu ildə təsis olunmuş “Şirməmməd Hüseynov mükafatı”nın 2020-ci ildə qalibi diplomat, araşdımaçı alim, diaspor fəalı, mərhum Ramiz Abutalıbov, 2021-ci ildə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, 2022-ci ildə isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, 2023-cü ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub./modern.az










BSU-da Şirməmməd Hüseynovun 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
Bəzi bələdiyyələr birləşdirilir
Asiya xalqları ədəbiyyatına həsr olunan beynəlxalq elmi konfrans öz işini seksiya iclasları ilə davam etdirib
Prezident İlham Əliyev Fərman imzaladı
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?