Gələcəyimiz olan uşaqların qayğısına qalmaq, onların sağlam mühitdə böyümələri, bilikli, Vətənə layiqli övlad kimi yetişmələri dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətə əsaslanaraq Azərbaycan həmkarlar ittifaqları da müntəzəm olaraq, o cümlədən bayramlar ərəfəsində uşaqlarla, xüsusilə şəhid və qazi övladları ilə görüşlər keçirir, bayram sevincini bölüşür.
AHİK-dan verilən məlumatda bildirilib ki, bu ənənə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində də davam etdirilib. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatlar qarşıdan gələn bayramlarla əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında uşaqları, eləcə də ittifaq üzvlərinin övladlarını müxtəlif hədiyyələrlə sevindirib.
Tədbirlər Həmrəylik Gününü və Yeni ili öz ata-baba yurdunda qarşılayan Şərqi Zəngəzurun və Qarabağın azyaşlı sakinlərini də əhatə edib.
Şuşa şəhərində 1 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilən tədbirdə AHİK sədrinin müavini Hikmət Osmanov bayramları doğma torpaqlarda qarşılamağın böyük qürur doğurduğunu vurğulayıb, məktəbliləri bayram münasibətilə təbrik edib.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Ülvi Heydərov Yeni il bayramını Şuşada qarşılayan fidanların öz yurdlarında təhsil almaları, hərtərəfli yetişmələri üçün yaradılmış şəraitdən, AHİK-in üzvü Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova isə Heydər Əliyev Fondunun böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunması üçün həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.
Xankəndi şəhərindəki Nizami Gəncəvi adına 4 №-li tam orta məktəbdə keçirilən görüşdə AHİK sədrinin müavini Qəzənfər Abdullayev uşaqları təbrik edib, bayram tədbirlərinin davamlı olacağını diqqətə çatdırıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov ölkəmizdə uşaqların inkişafı və hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib, bu istiqamətdə həmkarlar ittifaqlarının fəaliyyətini vurğulayıb.
Xocalı şəhər 1 №-li tam orta məktəbdə də şagirdlər üçün bayram tədbiri təşkil olunub. AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev uşaqların yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi, əsl vətənpərvər kimi formalaşması istiqamətində dövlətimizin gördüyü işləri qeyd edib.
Tədbirlərdə uşaqlar vətənpərvərlik mövzusunda və bayram əhval-ruhiyyəsində şeirlər söyləyib, doğma yurdlarında yaşamağın sevincini bölüşüblər. Sonra AHİK tərəfindən uşaqlara bayram sovqatları paylanılıb.AHİK nümayəndələri həmçinin Cəbrayıl, Füzuli, Zəngilan və Laçın rayonlarında da uşaqlarla görüşərək onları bayram hədiyyələri ilə sevindiriblər.
Naxçıvan Muxtar Respublikasında da uşaqlarla bayram görüşü keçirilib, təbriklər səslənib. Tədbirdə balacalara AHİK-in hədiyyələri verilib.
Qeyd edək ki, Konfederasiya tərəfindən həyata keçirilən bu humanitar aksiya sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də təşkil olunub.































AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb