lider-media.az

Şirvan Bələdiyyəsində 2024 cü ilin yekunları ilə bağlı yığıncaq keçirilib

Tarix: Dünən, 21:39

Yığıncaqda Bələdiyyə sədri Kürdoğlu Muradov keniş məruzə ilə cıxış edib, görülən işlərdən və yeni ildə qarşıda duran vəzifələrdən danışıb:
[16:38, 2024-12-28] Rasim Bölge Müxbirimiz: Ölkəmizdə Bələdiyyələrin yaranması, statusu,formalaşması və hüquqi bazası məhz Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə onun xeyir-duası ilə -12 noyabr 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konustusiyasında qanun çərçivəsində müəyyənləşdirmişdir.

      1999-cu ilin 12 dekabrında Azərbaycanda ilk dəfə Bələdiyyə seçkiləri keçirilmişdir.Ulu öndər tövsiyyə edirdi ki, vətəndaş cəmiyyətinin əsas atributlarından sayılan yerli özünü idarəetmə orqanı olan Bələdiyyələri elə təşkil etmək lazımdır ki, insanlar öz fəaliyyətlərində yerli özünüidarəetmə orqanının varlığını və zəruriliyini hiss etsinlər.Şirvan Bələdiyyəsi fəaliyyəti dövründə öz işini bu istiqamətdə qurmuşdur.Şirvan şəhərində aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərində fəal iştirak edən Şirvan Bələdiyyəsi hər il olduğu kimi cari ildə də şəhər sakinlərinin müraciətlərini nəzərə almaqla xeyli tikinti təmir və yenidənqurma işləri aparmışdır.Belə ki,ötən müddətdə şəhərin T.İsmayılov küçəsi 11A,17/2 saylı,L-t İbrahimov küçəsi 14 saylı binanın həyətlərindəki nümunəvi məhəllələrdə salınmış parkların ərazisində əsaslı təmir abadlıq işləri aparılmışdır.
      Bələdiyyə sədri  Kürdoğlu Muradov daha sonra bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2023-cü il tarixli sərəncamı ilə Şirvan şəhəri Bayramlı qəsəbəsi M.Ə.Sabir küçəsində “Abad məhəllə”nin abadlıq işlərində və Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində “Xidmət obyekti”nin əsaslı təmiri üçün Şirvan Bələdiyyəsinə subvensiya ayrılmış hər 2 obyektdə nəzərdə tutulan işlər başa çatdırılmışdır.Burada əhalinin istiraahəti üçün günlüklər,uşaq əyləncə qurğuları,mini futbol meydançası,xidmət obyekti tikilmişdir.Məhəllənin ətrafında yaşıllıq və abadlıq işləri də görülmüşdür.Burada “şəhid”abidə kompleksi təmir olunmuşdur.Ərazidə yaşıllıq zolağı salınmışdır.Ötən müddət ərzində Hacıqəhrəmanlı qəsəbəsində qəsəbə sakinlərinin müraciəti əsasında magistral yolun kənarında bir ədəd modul tipli dayanacaq quraşdırılaraq istifadəyə verilmişdir.Bayramlı qəsəbəsində isə 2 ədəd dayanacaq təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.Şəhidlər xiyabanında dəmir barmaqlıqlardan ibarət olan hasar təmizlənərək yenidən boyanmışdır.Şəhərin M.Mirzəyev,F.X.Xoyski,M.Əzizbəyov,Təbriz və digər küçələri vətəndaşların müraciətləri əsasında təmir edilmişdir.
    Müsahibim Kürdoğlu Muradov  qeyd etdi ki Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərimiz qəhrəman oğullarımızın şücaəti nəticəsində əldə edildi Bu gün onlara qayğı prioritet məsələdirOdur ki Şirvan Bələdiyyəsinin ən mühüm işlərindən biri onlara qayğı göstərməkdir
2024 cü ildə şəhid və qazi ailələrinini müraciəti əsasında xeyli tədbirlər həyata keçirilib
[16:38, 2024-12-28] Rasim Bölge Müxbirimiz: Şirvan şəhəri, Bayramlı qəsəbəsində şəhid Talıbov Elman Kamal oğlunun yaşadığı evin daş hasarına barelyefinin quraşdırılması,
Şirvan şəhəri, Bayramlı qəsəbəsi, M.Ə.Sabir küçəsində “Şəhid Abidə Kompleksi”nin ətrafında abadlıq işlərinin görülməsi ,
Şəhid Tağıyev Əli Azad oğlunun yaşadığı Əli Tağıyev küçəsinə qum çınqıl qarışığının verilməsi,
Şəhid Muradov Məhəmməd Yadulla oğlunun yaşadığı binanın qarşı hissəsində abidə komleksinin ətrafına tamet tavaların döşənməsi ,
Qarabağ qazilərinin Şirvan Şəhər İcra Hakimiyyətinə və Şirvan Bələdiyyəsinə etdikləri kollektiv müraciət əsasında şəhərin M.Mirzəyev və F.X.Xoyski küçələrinin qaşınaraq kərpic qırıntisinin verilməsi ,
Şirvan şəhəri, Naxçıvan küçəsində şəhid Tağıyev Malik Sadiq oğlunun abidə kompleksinin qoyulması ,
Şirvan şəhəri, S.Vurğun küçəsində Məmmədov Elşən Allahqulu oğlunun yaşadığı binanın qərb hissəsində abidə kompleksinin qoyulması ,
Şirvan şəhəri, N.Nərimanov küçəsində şəhid Həsənov İlqar İlham oğlunun yaşadığı binanın cənub tərəfində barelyefinin quraşdırılması bu qəbildəndir. 
 Bununla yanaşı şəhid və qazi ailələrinə maddi yardımlar da edilib 

I Qarabağ Müharibəsi şəhidi itkin Çıraqov Elman Almaz oğlunun anası Validə Çıraqovanın müraciəti əsasında yas mərasimi çadırının qurulması üçün ,
Şəhid Rəhimov Nihad İltifat oğlunun anası Zenfira Rəhimovanın müraciəti əsasında mənzil kirayə haqqının ödənilməsi ilə bağlı ,
 Şəhid Hüseynov Rəşad Rəhim oğlunun atası Hüseynov Rəhim Mənsim oğlunun müraciəti əsasında şəhid övladının yaşadığı binada barelyefinin quraşdırılması üçün  ,
 Şəhid Alişanlı Amal Seyfəddinin oğlunun atası Seyfəddin Alişanlının müraciəti əsasında şəhid övladının yaşadığı evin hasarında bareyefinin quraşdırılması üçün ,
    Şəhid Əliyev Kamil Fazil oğlunun anası Əliyeva Cəmilə Məhərrəm qızının qəbirüstü abidəsinin hazırlanması üçü ,
    Şəhid Milli Qəhrəman Tahir Bağırovun həyat yoldaşı Bağırova Sahirə Qənbər qızının müraciəti əsasında yaşadığı evin dam örtüyünün təmiri üçün ,
    Şəhid ailəsi Əliyeva Sevda Mirzəağa qızına ,
    I Qarabağ müharibəsi qazisi Rüstəmov Ağabala Əlibala oğlunun atası Rüstəmov Əlibala Cəfər oğluna müraciəti əsasında -
    I Qarabağ Müharibəsi əlili Orucov Vəli Əli oğlunun müraciəti əsasında müalicəsi üçün ,
          I Qarabağ Müharibəsi əlili Məmmədov Amil Ərəstun oğluna - maddi köməklik edilmişdir
   Şirvan bələdiyyəsi bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi kursunu müdafiə edərək Şirvanın quruculuq və abadlıq işlərində fəal iştirak edəcək    ölkəmizin çiçəkli inkişafına öz töhfəsini verəcəkdir


Rasim Nəhmədov,

Şirvan şəhəri.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi