BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşdə əməkdaşlığa dair yeni Çərçivə Sənədinin hazırlanmasına dair müzakirə aparılıb.İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.
Görüşdə ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə çoxvektorlu əməkdaşlığı vurğulanıb. Qeyd olunub ki, 2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında dayanıqlı inkişaf üzrə əməkdaşlığa dair Çərçivə Sənədinin icrası tərəfdaşlığın inkişafında mühüm faktora çevrilib. COP29-un Azərbaycanda təşkili və uğurla yekunlaşması isə qlobal problemlərin həllində məsuliyyətli tərəfdaş olan ölkəmizin BMT ilə münasibətlərinin genişləndirilməsi üçün əlavə stimul yaradıb.
Tərəflər Dayanıqlı İnkişaf Məqsədlərinin icrası və 2026-2030-cu illər üzrə əməkdaşlığa dair yeni Çərçivə Sənədinin hazırlanması üçün strateji istiqamətlərin müəyyənləşdirilməsinə dair müzakirə aparıblar.
| « Август 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Пн | Вт | Ср | Чт | Пт | Сб | Вс |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||