lider-media.az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ağacəkmə aksiyası təşkil olunub

Baxış: 108 Tarix: 28-12-2024, 17:15

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən ağacəkmə aksiyası təşkil olunub

Dekabrın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qurumun Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən “Abşeron”, “Günəşli” və “Qaranquş” sanatoriyalarının ərazisində ağacəkmə aksiyası keçirilib.“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbirdə AHİK-in, həmçinin quruma üzv və tabe təşkilatların kollektivləri, eləcə də “AHİK könüllüləri” iştirak ediblər. Ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq, ümumilikdə 600-dən çox şam, limon şamı və palıd ağacı əkilib.Qeyd edək ki, ağacəkmə aksiyasının məqsədi ətraf mühiti qorumaq, təbiətə sevgi aşılamaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi