Uzunluğu 27 kilometr olan avtomobil yolu uzun müddət əsaslı şəkildə təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Bu səbəbdən bərpasına ehtiyac yaranan yol 3-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun hərəkət hissəsinin eni 8 metrə qədər genişləndirilib
.




Layihə üzrə torpaq işləri, yol yatağının yararsız qruntunun qazılaraq çıxarılması, müxtəlif həcmdə yol yatağının genişləndirilməsi, yeni yol yatağının inşası, yeni asfalt-beton örtüyününün döşənməsi və yolun Qırmızı Qəsəbədən keçən hissəsində zəruri yerlərdə yeni səki daşlarının düzülməsi işləri aparılıb. Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri də icra olunub. “İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib. İyirmi iki min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qırmızı Qəsəbə‒Quxuroba avtomobil yolunun əsaslı təmiri yolboyu rahat gediş-gəlişini təmin etməklə sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırılacaq, əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.
YOLUNUZ AÇIQ OLSUN...

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı