“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 366 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin 1-ci hissəsinin üçüncü cümləsinə “yardımları” sözündən sonra “, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını (qrant istisna olmaqla) təşkil edən vəsait” sözləri və “olmadan” sözündən sonra “bələdiyyələr, habelə” sözləri əlavə edilsin.
2. 2-ci maddə üzrə:
2.1. 2-ci hissənin birinci cümləsinə “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri və ikinci cümləsinə “orqanı” sözündən sonra “bələdiyyələrə,” sözü əlavə edilsin;
2.2. 4-cü hissəyə birinci halda “Azərbaycan” sözündən əvvəl “Bələdiyyələr,” sözü və “şəxslərinə” sözündən sonra “, o cümlədən bələdiyyələrə” sözləri əlavə edilsin;
2.3. 6-cı hissəyə “şəxslərinə” sözündən sonra “, habelə bələdiyyələrə” sözləri əlavə edilsin.
3. 3-cü maddənin 2-ci hissəsinin dördüncü abzasında “bələdiyyə orqanları” sözləri “bələdiyyələr” sözü ilə əvəz edilsin.
4. 4-cü maddə üzrə:
4.1. 4-cü hissənin birinci cümləsinə birinci halda “Azərbaycan” sözündən əvvəl “Bələdiyyələr,” sözü əlavə edilsin;
4.2. 5-ci hissənin ikinci cümləsinə “şəxsləri” sözündən sonra “, habelə bələdiyyələr” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2024-cü il