lider-media.az

“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Tarix: 7-11-2024, 12:58

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 137) 10-cu maddəsinin 5-ci hissəsinin birinci cümləsində hər iki halda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 2-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında və 6-cı maddəsinin birinci hissəsinin dördüncü abzasında “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin.

Maddə 3. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddələr 489, 503) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

3.1. 26-cı maddənin birinci hissəsinin iyirmi dördüncü abzasında və 360-cı maddənin birinci hissəsinin səkkizinci abzasında “ərzaqla” sözü “qida məhsulları ilə” sözləri ilə əvəz edilsin;

3.2. 40-cı maddə üzrə:

3.2.1. birinci hissədə “ərzaqla” sözü “qida məhsulları ilə” sözləri ilə əvəz edilsin;

3.2.2. üçüncü hissənin ikinci abzasında “ərzaqdan” sözü “qida məhsullarından” sözləri ilə, üçüncü abzasında “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin;

3.3. 274-cü maddənin birinci hissəsinin altıncı abzasında birinci halda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

3.4. 277-ci maddənin ikinci hissəsinin doqquzuncu abzasında və 286-cı maddədə “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin.

Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 1, maddə 18, № 5 (I kitab), maddə 499) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

4.1. 59-cu maddənin beşinci hissəsində, 64-cü maddənin birinci hissəsinin doqquzuncu abzasında, 338-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

4.2. 89-cu maddənin birinci hissəsinin onuncu abzasında, 109-cu maddənin birinci hissəsinin doqquzuncu abzasında, 263-cü maddənin ikinci cümləsində, 268-ci maddənin birinci hissəsinin dördüncü abzasında, 357-ci maddənin birinci hissəsinin on birinci abzasında “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.3. III fəslin iyirmi birinci hissəsinə “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.4. 104-cü maddə üzrə:

4.4.1. birinci cümləyə hər iki halda “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin, həmin cümlədə “ərzaqla” sözü “qida məhsulları ilə” sözləri ilə, “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.4.2. ikinci cümləyə “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.5. 105-ci maddənin birinci hissəsi üzrə:

4.5.1. birinci, beşinci (ikinci halda), on birinci, on üçüncü və on dördüncü abzaslara “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.5.2. altıncı abzasda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə, “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.5.3. doqquzuncu abzasda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

4.5.4. onuncu və on ikinci abzaslarda “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.6. 264-cü maddənin birinci hissəsinə “ərzaq” sözündən sonra “(qida)” sözü əlavə edilsin;

4.7. 265-ci maddənin birinci hissəsi üzrə:

4.7.1. üçüncü abzasda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə, hər iki halda “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.7.2. dördüncü və beşinci abzaslarda “ərzağın” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.7.3. on birinci və on üçüncü abzaslarda “ərzaq” sözü “qida məhsulları” sözləri ilə əvəz edilsin;

4.8. 266-cı maddədə “ərzaq” sözü “qida məhsulları” sözləri ilə, “ərzaqların” sözü “qida məhsullarının” sözləri ilə əvəz edilsin;

4.9. 345-ci maddənin birinci hissəsi üzrə:

4.9.1. ikinci abzasda “ərzağı” sözü “qida məhsullarını” sözləri ilə əvəz edilsin;

4.9.2. üçüncü (birinci halda) və beşinci abzaslarda “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

Maddə 5. “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 517 (Cild I) 10.1.12-ci maddəsində “ərzaq” sözü “qida” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2024-cü il


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi