lider-media.az

Baş Prokurorluğun əməkdaşları Qroznıya ezam olunub, istintaq hərəkətləri aparılır

Baxış: 206 Tarix: 27-12-2024, 13:22

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir.

Bu barədə  Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə razılaşmaya əsasən, həmin qurumdan olan həmkarları ilə birgə istintaq və digər prosessual hərəkətlər aparır.

Xatırladaq ki, dekabrın 25-də Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Aktauya ezam olunmuş prokurorluq əməkdaşlarından ibarət daha bir qrup hazırda qəzanın baş verdiyi yerdə Qazaxıstandan olan həmkarları ilə birgə zəruri tədbirlərin icrasını davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi