lider-media.az

Deputatlar bu tarixdə tətilə ÇIXIR

Baxış: 118 Tarix: 27-12-2024, 11:31

Deputatlar bu tarixdə tətilə ÇIXIR

Milli Məclisin payız sessiyasının sonuncu iclasının tarixi məlum olub.Sonuncu iclas dekabrın 29-da baş tutacaq.

Mövcud qanunvericiliyə görə, iclasdan sonra deputatlar tətilə çıxacaq. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.

Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Tətildən sonra yaz sessiyası fevralın 1-də başlayacaq. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, bu gün də parlamentin plenar iclası var. Gündəliyə 17 məsələ daxil edilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi