lider-media.az

Rusiya gəmisi batdı: Yaxınlıqda olan Norveç gəmisi kömək etmədi

Baxış: 217 Tarix: 27-12-2024, 09:35

Norveç bayrağı altında üzən “Oslo Carrier 3” gəmisi naməlum səbəbdən Aralıq dənizində batan “Ursa Major”un rus dənizçilərini göyərtəsinə götürməkdən imtina edib. Bu barədə “RİA Novosti” gəminin sahibi olan “Oboronlogistics” şirkətlər qrupunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Batmaqda olan gəminin Norveç bayrağı altında üzən “Oslo Carrier 3” gəmisinə doğru getdiyi məlum olub. O, yaxınlıqda olub.Amma Norveç gəmisi (ekipajının bir hissəsi rusdilli olub) bəzi qadağaları əsas gətirərək “Ursa Major”un ekipaj üzvlərini qəbul etməkdən imtina edib. “Oboronlogistika” bu faktı 1989-cu il Beynəlxalq Xilasetmə Konvensiyasının onuncu maddəsinin kobud şəkildə pozulması hesab edib.2009-cu ildə inşa edilən Rusiyaya məxsus "Ursa Major" ticarət gəmisi dekabrın 23-də Aralıq dənizində İspaniya və Əlcəzair sahillərində batıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi