lider-media.az

İran Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan səfirliyini ziyarət edərək başsağlığı veriblər

Baxış: 231 Tarix: 26-12-2024, 21:42

İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanın Tehrandakı səfirliyini ziyarət edərək başsağlığı veriblər.

Lider-media.az xəbər verir ki, bu barədə Azərbaycan səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

“İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycan Respublikasının İran İR Səfirliyini ziyarət edərək təyyarə qəzasında insanların həlak olması ilə bağlı Səfirliyimizə başsağlığı verib, kitaba ürək sözlərini yazıblar”, – diplomatik missiyanın sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, bir sıra xarici ölkələrin Tehrandakı səfirləri, hərbi attaşeləri və diplomatları Azərbaycanın diplomatik missiyasını ziyarət edərək təyyarə qəzasında insanların həlak olması ilə bağlı baş sağlığı verib, kitaba ürək sözlərini yazıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi