lider-media.az

Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində narkotiklərin insan orqanizminə məhvedici təsiri barədə məlumat verilib

Tarix: 19-03-2024, 17:14

7 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri təşkil olunub.

Tədbir Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində keçirilib.

Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimləri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Dövlət Komissiyasından məlumat verilib.

Bildirilib ki, görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

Sonda suallar ətrafında geniş diskussiyalar aparılıb və Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi