lider-media.az

Qəzada yaralananların son durmu açıqlandı: 8-i sistemə qoşulub

Baxış: 109 Tarix: 26-12-2024, 12:20

Qəzada yaralananların son durmu açıqlandı: 8-i sistemə qoşulub

Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi AZAL-ın qəzaya uğramış təyyarəsindən sağ çıxan yaralıların bugünkü durumu barədə açıqlama verib.

 Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 29 yaralıdan 27-si Mangistau regional xəstəxanasına çatdırılıb.
Xəstələr müxtəlif xəsarətlərlə, əsasən qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin qapalı xəsarətləri, travmatik şok kimi çoxsaylı xəsarətlərlə müraciət ediblər.
Dekabrın 26-da səhər saatlarına olan məlumata görə, xəstələrin 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya, 2-si neyrocərrahiyyə, 1-i cərrahiyyə şöbəsindədir.“2 xəstənin vəziyyəti son dərəcə ağır, 11 nəfərin vəziyyəti ağır, 14 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti qənaətbəxşdir. 11 xəstədən 8-i sistemə qoşulub”, - Səhiyyə Nazirliyinin Mətbuat xidməti bildirib.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Qazaxıstanın Aktau şəhərində qəza enişi edən təyyarəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanaraq sağ qalıb.
Təyyarədəki 37 Azərbaycan vətəndaşından 23-ü həyatını itirib, 14-ü sağdır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi