lider-media.az

Ədliyyə işçiləri ağacəkmə aksiyasında 700 ağac əkib

Baxış: 645 Tarix: 18-03-2024, 20:36

Martın 16-da Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada Ədliyyə Nazirliyinin kollektivi də iştirak edib.
Nazirliyin əməkdaşları tərəfindən Naxçıvan-Sədərək magistral yolunun sağ və sol kənarılarına, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsinin yaxınlığında ayrılmış əraziyə və Duzdağ Fizioterapiya Mərkəzinin yaxınlığındakı bağa meyvə və meşə ağacları, həmişəyaşıl ağaclar olmaqla ümumilikdə 700 ting əkilib. Aksiya iştirakçıları tərəfindən yeni əkilən tinglər suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi