lider-media.az

Putin təyyarə qəzasından danışdı - Video

Baxış: 237 Tarix: 25-12-2024, 15:27

putin-teyyare-qezasindan-danisdi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammitinə Qazaxıstanda AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verərək başlayıb.  Rusiya mediası xəbər verir ki, o, hadisə nəticəsində xəsarət alanların tezliklə sağalacağına ümid etdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi tibbi heyət və lazımi avadanlıqlarla Aktauya qəza yerinə göndərilib. Xatırladaq ki, bu gün Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi