lider-media.az

Ərdoğan başsağlığı verdi

Baxış: 38 Tarix: 25-12-2024, 13:46

erdogan-bassagligi-verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana başsağlığı verib. Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı danışıb.

“Qazaxıstanda Azərbaycan təyyarəsinin qəzaya düşdüyünü böyük kədərlə öyrəndik. Hər iki qardaş ölkəyə millətimiz adından başsağlığı və şəfa diləklərimi çatdırıram”, - Ərdoğan bildirib.

Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. İlkin məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi