lider-media.az

DİN: Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb

Baxış: 478 Tarix: 25-12-2024, 13:22

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtın Sabunçu, həmçinin, Ağdaş,  Beyləqan, İsmayıllı, Ucar, Cəlilabad, Masallı, Zaqatala və Tovuz rayonlarında keçirilən növbəti tədbirlər zamanı  yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 17  nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlarla bağlı həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə  göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi