lider-media.az

DİN: “Sədərək” ticarət mərkəzində 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə polislər tərəfindən aşkarlanıb

Baxış: 174 Tarix: 16-12-2024, 17:36

DİN mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilir. 
Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının “Sədərək” ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışı təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıb. 

Onların ticarət mərkəzində yerləşən obyektlərinə baxış keçirilərkən 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə aşkarlanıb. 

Hər iki fakt üzrə onlar barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə  göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi