lider-media.az

Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib

Baxış: 256 Tarix: 25-12-2024, 12:12

Birinci vitse-prezident Mehriban Əliyeva Aktau yaxınlığında baş vermiş təyyarə qəzası ilə bağlı paylaşım edib


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı paylaşım edib.

Lider-media.az paylaşımı təqdim edir: "Aktau yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən sarsıtdı. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Allah xalqımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!"

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi