Aslanov Niyazi Şərəfxan oğlu
Tank briqadasında xidmət etmiş, Goranboy, Tərtər və Ağdam bölgələrində vuruşmuşdur. Tapqaraqoyunlu kəndi yaxınlığında gedən döyüşdə həlak olmuşdur. Doğulduğu kənddə dəfn edilmişdir. Adına məktəb var.Orta məktəbi doğulduğu kənddə bitirib. 1979-81-ci illərdə Rusiyanın Altay diyarında hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirib. Əmək fəaliyyətinə sovxozda aqronom kimi başlayıb. Öz işində ürəklə çalışan gənc mütəxəssis bir müddətdən sonra baş aqronom vəzifəsinə irəli çəkildi. O, həmişə öz işindən fərəh duyur, əməksevərliyi ilə yoldaşlarına nümunə göstərirdi.Respublikamızın erməni təcavüzünə məruz qalması, qondarma Qarabağ problemi onu gecə-gündüz narahat edir, axıdılan nahaq qanlar varlığını silkələyirdi. Elə ona görə də silaha sarılaraq, Vətənin müdafiəsinə qalxmağa qərar verdi.1988-ci il… Goranboy rayonunda özünümüdafiə dəstəsi yaradılır.
Dəstəyə ilk yazılanlardan biri də Niyazi olur. Ermənilərin azğınlığı onu hərbi texnika axtarıb tapmağa sövq edirdi. Döyüş yoldaşları ilə birlikdə sıradan çıxmış iki tank ələ keçirib təmir etdirir, onları döyüş vəziyyətinə gətirirlər. Həmin tanklarla təkcə Tapqaraqoyunlu kəndinin deyil, habelə rayonun bir sıra başqa kəndlərini dəerməni hücumlarından qorumağa müvəffəq olurlar. Şəfəq kəndinin ermənilərin əlinə keçmək qorxusu var idi. Niyazi Aslanov öz tankı ilə kəndə girdi və düşməni geri oturtdu.Niyazi Aslanov Goranboy özünümüdafiə batalyonunun tərkibində Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdam bölgələrində gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. O, 4 may 1992-ci il tarixdə Tapqaraqoyunlu kəndinin yaxınlığındakı “Yaltağıl” deyilən yerdə keçirilən əməliyyat zamanı qeyri-bərabər döyüşdə öz komandiri İsfəndiyar Əsədovu ölümdən xilas edərkən qəhrəmanlıqla həlak oldu.Ailəli idi. İki oğlu həyatda yadigar qalıb.Tapqaraqoyunlu kəndində dəfn edilmişdir. Tapqaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulmuşdur.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Zəfər - Qələbə əzmi ilə qəhrəmanlıq tarixini yaradan Azərbaycanın mərd, məğrur oğulları...
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb