lider-media.az

İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib

Baxış: 177 Tarix: 25-12-2024, 08:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib.İqtisadiyyat Nazirliyində dövlət başçısının sərəncamları ilə təltif olunmuş Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması ilə bağlı Nazirliyin hədəflərini diqqətə çatdırıb. Qeyd olunub ki, insan kapitalının inkişafı, əməkdaşların bilik və bacarıqlarının artırılması bu baxımdan xüsusi önəm kəsb edir və bu, gələcək uğurların əsas şərtlərindəndir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib. Nazirliyin əməkdaşlarının fəaliyyətlərinə verdiyi yüksək qiymət və göstərdiyi diqqət üçün dövlət başçısına dərin minnətdarlıq ifadə edilib.

Tədbirdə həmçinin, Nazirliyin fəaliyyətinə verdikləri töhfəyə görə bir qrup əməkdaşa qurumun təşəkkürnamələri təqdim edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi